Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 08:52
ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.
Trend-in verdiyi məlumata görə, bunu, xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin deyib.
Qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.
E.Pfeffer bildirib: "Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb".
O əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!