Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır

Tarix: 4 Yanvar 2020 09:28

ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiya Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularının təlimlərini dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu xaricdə hərbi tapşırıqlar üzrə bundesver komandanlığının rəhbəri, general-leytenant Erix Pfefferin deyib.

Qeyd olunub ki, ABŞ-ın general-leytenantı Pet Uayt "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

E.Pfeffer bildirib: "Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb".


Etiketlər:  ABŞ ın rəhbərlik etdiyi koalisiya İraqdakı hərbi təlimləri dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ