Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''ın hazırlıq planı - əvvəl Bakı, sonra Bolu

''Sabah''ın hazırlıq planı - əvvəl Bakı, sonra Bolu

Tarix: 14 May 2019 12:16

"Sabah" klubunun 2019-2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Bu barədə Qol.az-a paytaxt təmsilçisinin baş məşqçisi Elşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, komanda iyunun 17-də Bakıda bir araya gələcək.

"Bakı toplanışı iki mərhələdən ibarət olacaq. İyulun ortalarına qədər paytaxtda hazırlıq keçəcəyik. Ayın 16-dan 30-na qədər isə Boluda təlim-məşq toplanışımız olacaq".

"Sabah"ın Türkiyədə yoxlama oyunları keçirəcəyi rəqiblər isə hələ dəqiqləşməyib.
 


Etiketlər:  Sabahın hazırlıq planı əvvəl Bakı sonra Bolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ