Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan futbolundakı ab-hava xoşuma gəlmədi''

''Azərbaycan futbolundakı ab-hava xoşuma gəlmədi''

Tarix: 4 Yanvar 2020 15:14

"Sabah"ın sabiq futbolçusu Rocer Roxas Azərbaycanda keçirdiyi 6 aylıq karyerasından danışıb.

Sonxeber.net futbolpress.aaz-a istinadən xəbər verir ki, honduraslı forvard ölkəsinin mətbuatına açıqlamasında burdakı ab-havanı bəyənmədiyini sözləyib:

"Azərbaycanda oynadım. Nə ordakı ümumi futbol ab-havası, nə də klubdakı atmosfer xoşuma gəldi. Azərbaycanda xoşbəxt deyildim".

Keçən yay "Sabah"a keçən hücumçu paytaxt təmsilçisində 13 matçda 2 qol vurmağı bacarıb. O, qış fasiləsi yarandıqdan sonra Kolumbiyanın "Deportes Tolimo" klubuna keçib.


Etiketlər:  Azərbaycan futbolundakı hava xoşuma gəlmədi


RƏYLƏR