Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 20:48
Məşhur Yapon firması yeni kompakt krossover yaratdığını elan edib. Krossover üçün 2017-ci ildə Nyu-Yorkda avtosalonda təqdim olunan Toyota FT-4X konsept-karı əsas kimi götürülüb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Toyota 4Active adlanan avtomobil ABŞ-ın Alabama ştatında Mazda ilə birgə inşa edilən zavodda istehsal olunacaq. Hələlik yalnız onun Toyota New Global Architecture-C platforması əsasında yaradıldığı və dizaynının futuristik Toyota FJ Cruiser yolsuzluğuna bənzədiyi məlumdur.
Toyota 4Active şirkətin yolsuzluq avtomobillərinin model xəttində Toyota C-HR və Toyota RAV4 arasında yer tutacaq. Yeniliyin rəqibləri Jeep Compass, KİA Seltos və Nissan Rogue Sport kompakt krossoverləri olacaq.
Toyota 4Active-nin təqdimat və istehsalının başlanması müddəti hələ açıqlanmayıb.