Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti qabaqcıl “Samsung” smartfonu necə adlanacaq?

Növbəti qabaqcıl “Samsung” smartfonu necə adlanacaq?

Tarix: 4 Yanvar 2020 21:16

"Samsung" şirkəti qabaqcıl smartfonların adında seriya nömrəsini dəyişdirmək niyyətindədir. Belə ki, "Galaxy S10" smartfonundan sonra buraxılacaq növbəti model "Galaxy S11" yox, "Galaxy S20" adlanacaq.

illi.Az ictnews.az-a istinadən bildirir ki, bu barədə əvvəllər "Samsung" və digər istehsalçılar tərəfindən buraxılacaq smartfonlar haqqında dürüst məlumatlar dərc edən "UniverseIce" bloqunun "Twitter" hesabında deyilir.

Cənubi Koreya istehsalçısı modellərin seriya nömrəsini sonuncu dəfə 2016-cı ildə dəyişib. O zaman "Galaxy Note5" əvəzinə, "Galaxy Note7" təqdim olunub.

"Galaxy S11/S20" smartfonunun təqdimatı 2020-ci il fevralın ortalarında və ya ikinci yarısında gözlənilir.


Etiketlər:  Növbəti qabaqcıl Samsung smartfonu necə adlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ