Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 21:24
Korporasiya Samsung-un yerini əlindən alıb, amma bununla belə onlar arasında fərq cəmi 21 milyon dollardır.
Procter & Gamble (P&G ) qısa fasilədən sonra, Ad Age-in versiyasına, əsasən yenidən dünyada ən böyük reklamverən statusuna qayıdıb. Bir il əvvəl şirkət reytinqdə birinciliyi Cənubi Koreyanın Samsung şirkətinə güzəştə getmişdi. İyunda isə maliyyə nəticəsinin açıqlanmasından sonra, o yenidən liderliyə qayıtdı.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, buna baxmayaraq FMCG nəhənginin reklam və marketinq üzrə xərcləri 3,9%- 0,1 milyard dollara qədər azalıb.
Əsas media kanallarında-TV, ənənəvi media, radio, internetdə və yerli satış nöqtələrində P&G 6,8 milyard dollar xərcləyib. Adıçəkilən şirkətin büdcəsi cəmi 10% azalma göstərib, nəticədə aradakı fərq 21 milyon dollar olub. Əhəmiyyətli reklam xərcləri istisna olmaqla, Cənubi Koreyanın Samsung şirkətinin reklam xərcləri 3,6 milyard dollar olub.
Ad Age şirkətlərin reklam xərclərini, marketinq xidmətlərinə (promo və direct-marketinq) və dijital-marketinq (sosial media daxildir) üzrə qiymətləndirib.
İlk beşliyə, həmçinin L'Oréal ($9,6 mlrd.), Unilever ($8,5 mlrd.) və Amazon ($8,2 mlrd.) daxil olub.