Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 13:04
“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.
Qol.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Elmar Baxşıyevin komandası Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında keçirilib.
Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. “Qırmızı-qaralar” məşqlərini bu gün davam etdirəcək.