Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 15:08
İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezi məşqçilik karyerasını Sloveniyada davam etdirəcək.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis sözügedən ölkənin "Tabor" klubunun baş məşqçisi təyin olunub.
Bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə 2021-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanılıb. Komandanın keçmiş baş məşqçisi Almir Süleymanoviç isə Mauronun köməkçisi təyin olunub.
Kamoranezinin son iş yeri Meksikanın "Kafetaleros" klubu olub.