Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 15:20
İndoneziyanın paytaxtı Cakarta şəhərində və ətraf rayonlarda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, daha bir nəfər itkin düşüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 170 mindən çox insanın təxliyə edildiyi bildirilir.
Xatırladaq ki, 2019-cu il dekabrın 31-də İndoneziya paytaxtına yağan leysan yağışlar zamanı Cakartanın böyük bir hissəsi və ətraf rayonlar su altında qalıb.