Tarix: 5 Yanvar 2020 22:00
“Milan”ın yeni transferi Zlatan İbrahimoviç “qırmızı-qaralar”a qayıdışından sonra sabah ilk rəsmi oyununa çıxa bilər.
Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbə verir ki, 38 yaşlı hücumçunun adı A Seriyasında “Sampdoriya” ilə keçiriləcək matçın iştirak ərizəsinə salınıb.
Sabah keçiriləcək “Milan” – “Sampdoriya” matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, isveçli forvard artıq köhnə-yeni kllubunda qol hesabını da açıb. O, yanvarın 3-də “Rodens”lə keçirilən yoxlama matçında (9:0) fərqlənib.