Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 09:52
Bakı. Anastasiya Savçenko - Trend:
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb - 537,9 milyon manat, ən az isə fevralda - 358,9 milyon manat.
Neft-qaz sektorunun əsas kapitalına yönəldilən vəsaitlərin müqayisə cədvəli:
Yanvar-Noyabr 2019 il milyon manat |
Yanvar-Noyabr 2018 il milyon manat |
|
Yanvar |
362,0 |
597,6 |
Fevral |
358,9 |
410,9 |
Mart |
373,9 |
404,5 |
Aprel |
422,4 |
465,5 |
May |
399,5 |
475,2 |
İyun |
442,2 |
473 |
İyul |
418,5 |
499,7 |
Avqust |
484,1 |
646,2 |
Sentyabr |
537,9 |
458,8 |
Oktyabr |
471,5 |
498 |
Noyabr |
529,6 |
403,8 |
Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!