Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 14:28
Bakı. Trend:
Rusiya və Türkiyə yaxın zamanlarda iri həcmli yük avtomobillərinin sürücüləri üçün vizaların ləğv olunması barədə razılıq əldə edə bilər.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyi Konsulluq departamentinin direktoru İvan Volınkin deyib.
O bildirib ki, bu sürücülərin vizasız gediş-gəlişinin təmin olunması məsələsi həll olunmaq üzrədir.
Bundan başqa, iki ölkə arasında xidməti, eləcə də xüsusi pasportların sahibləri üçün viza rejiminin ləğv olunması ilə bağlı danışıqlar aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin