Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 16:04
Liviyada tərəflər zərər çəkmədən gərginlik nəzarətə götürülməlidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D" və "CNN Türk" televiziya kanallarının birgə yaydıqları "Özəl olaraq Prezidentlə" proqramında ifadə edib.
Dövlət başçısı Türkiyə gündəliyində olan məsələlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Liviya ilə əməkdaşlıq anlaşmasının icra vəziyyəti barədə məlumat verən dövlət başçısı bildirib ki, artıq prosesə başlanılıb. Liviyanın dünya birliyi tərəfindən qəbul edilən qanuni hökumətinin dəvəti əsasında bu ölkədə xidmət edəcək Türkiyə Silahlı Qüvvələrinin birləşmələri tərəflər arasında razılaşmanın şərtlərinə uyğun fəaliyyət göstərəcək. Prezident deyib ki, Türkiyə ordusunun Liviyada təmsil edəcək hərbi birləşmələrin məqsədi bu ölkədə baş verə biləcək insani fəlakətlərin qarşısını almaqdır.