Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 18:24
Tekirdağda məşhur türkiyəli yazıçı Rəşad Nuri Güntəkinin vaxtilə yaşadığı ikimərtəbəli ev yanaraq külə dönüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, küləkli hava səbəbindən qısa müddətdə şiddətlənən və bütün binaya yayılan yanğın 2 saat sonra söndürülüb. Lakin yanğın söndürülsə də, ev yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Rəşad Nuri Güntəkin türk ədəbiyyatının incilərindən olan "Çalıquşu" romanının bir hissəsini həmin evdə yazıb.