Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış onkoloq dünyasını dəyişdi - Vida müraciəti hər kəsi göz yaşına boğdu- VİDEO

Tanınmış onkoloq dünyasını dəyişdi - Vida müraciəti hər kəsi göz yaşına boğdu- VİDEO

Tarix: 7 Yanvar 2020 00:00

Sankt Peterburqun tanınmış və güclü onkoloq cərrahlarından hesab olunan Andrey Pavlenkoya 41 yaşında dünyasını dəyişib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimin ölümü barədə həyat yoldaşı Anna.Q sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, A. Pavlenko ömrünün son günlərini həyat yoldaşı və üç övladının əhatəsində keçirib.

"Bu gün - yanvarın 5-də saat 08:20-də Andrey dünyasını dəyişdi"
Həkim ölümündən əvvəl çəkdiyi qısa video ilə hər kəsə vida edib. Onun: "Əgər siz bu videoya baxırsınızsa, demək, mən artıq ölmüşəm" cümləsi isə izləyiciləri göz yaşına boğub. A. Pavlenko xəstəliyi ilə mübarizə apardığı müddət ərzində ona dəstək olan hər kəsə dərin minnətdarlığını bildirib. Bundan əlavə, o, dostları ilə bərabər yaratdığı Qrantın bundan sonra onkoloji xəstəliklərlə bağlı media layihələrini maliyyələşdirəcəyini deyib.

Qeyd edək ki, Pavlenko iki ilə yaxın idi ki, mədə xərçəngi ilə mübarizə aparırdı.

Milli.Az


Etiketlər:  Tanınmış onkoloq dünyasını dəyişdi Vida müraciəti hər kəsi göz yaşına boğdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ