Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:56
Cənubi Koreyanın "Hyundai" avtomobil şirkətinin "Elantra" modelinin yenilənmiş versiyası haqqında məlumatlar ortaya çıxıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, avtomobilin rəsmi təqdimatı 2020-ci ilin iyul ayına planlaşdırılır.
Mühəndislər yerli yollarda yenilənmiş modelin test yarışlarını fəal şəkildə davam etdirirlər. Yeni "Elantra" avtomobil həvəskarlarını unikal baş optikası forması, eləcə də modernləşdirilmiş radiator barmaqlığı ilə təəccübləndirəcək. Həmçinin təkər diskləri və damın əyilmə bucağında dəyişiklik edilib.
Yenilik 1,2 litrlik turbinləşdirilmiş mühərrik əldə edəcək, lakin onun gücü göstərilməyib. Bundan başqa, satışa 1,4, 1,6 və 2 litrlik mühərrik ilə daha məhsuldar modifikasiyalar daxil ola bilər. İnsayderlər "Elantra"nın yeni modelinin dizel mühərriki ilə olan modifikasiyadan məhrum olacağını qeyd ediblər.