Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 15:57
Prezident İlham Əliyev V.C.Əhmədovun "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Prezident İlham Əliyev digər sərəncamla Vüqar Əhmədovu "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edib.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Cəbrayıl oğlu Əhmədov "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".