Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX -2019” beynəlxalq sərgisində iştirak edəcək

Tarix: 14 May 2019 17:18

Bakı. Trend:

Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müdafiə Nazirliyinin nümayəndə heyəti MILEX 2019 beynəlxalq sərgisində iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ