Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ İraqda B-52 strateji bombardmançıları üçün aerodrom tikəcək

ABŞ İraqda B-52 strateji bombardmançıları üçün aerodrom tikəcək

Tarix: 7 Yanvar 2020 20:40

Bakı. Trend:

ABŞ İraqın Ənbar əyalətində B-52 strateji bombardmançıları üçün aerodrom inşa etmək niyyətindədir.

Trend-in məlumatına görə, aerodromun Əyn əl-Əsəd avibazasında tikilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, bazada fəaliyyət göstərən hərbçilər B-52 üçün uçuş-eniş zolağının salınması üçün aerodromun infrastrukturunu genişləndirib.

Daha əvvəl Pentaqon Yaxın Şərqə 200 əlavə hərbçinin və 6 ədəd B-52 bombardmançısı göndərməyi planlaşdırdığını açıqlamışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ İraqda strateji bombardmançıları üçün aerodrom tikəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ