Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google-dan kinomanlar üçün cəlbedici funksiya - Whatchlist

Google-dan kinomanlar üçün cəlbedici funksiya - Whatchlist

Tarix: 7 Yanvar 2020 21:12

"Google" şirkəti "Android" və iOS əməliyyat sistemli smartfonlar üçün yeni funksiya istifadəyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq "Google" tətbiqində istənilən filmi sonradan izləmək üçün kolleksiya yaradıb saxlamaq mümkündür.

İzləmə siyahısı "Whatchlist" adlanır. Siyahıya daxil etdiyiniz filmə yalnız kinoteatrda baxmaq mümkündürsə, platforma həmin filmə bilet ala bilməyiniz üçün uyğun tətbiqə keçid göstərəcək.

Film bu müddət ərzində nümayişə çıxarılarsa, "Google" istifadəçiyə bilet almağı təklif edəcək, kinoteatrlardakı seans cədvəlini göstərəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Google dan kinomanlar üçün cəlbedici funksiya Whatchlist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ