Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 22:48
"Xiaomi" şirkətinin "Mi 10" smartfon modelinin "Mi 10 Pro" qarşısında gözlənilməz üstünlük əldə etdiyi bildirilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, internet şəbəkədə debütü gözlənilən "Mi 10" və "Mi 10 Pro" flaqman smartfonları haqqında məlumatlar yayılmağa davam edir.
"Weibo" sosial şəbəkəsində "Digital Chat Station" adı altında qeydiyyatdan keçmiş çinli insayder smartfonlar barədə ətraflı məlumat paylaşıb.
Mənbənin məlumatına görə, "Xiaomi Mi 10" və "Mi 10 Pro"un vacib bir parametri əvvəl iddia edildiyi kimi olmayacaq. Əgər hər iki modelə 4500 mA·s tutumlu akkumulyator aid edirdisə, "Digital Chat Station" onların müxtəlif həcmlərdə olacağını bildirir.
Maraqlıdır ki, "Xiaomi Mi 10"nun əsas modelinə indi 4800 mA·s, daha bahalı "Xiaomi Mi 10 Pro"ya isə 4500 mA·s tutumlu batareya aid edilir.
Hər halda, bu ötən il 3300 mA·s göstəriciyə malik olan "Xiaomi Mi 9" ilə müqayisədə irəliyə doğru böyük bir addımdır.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet