Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp İraqı sanksiyalarla hədələyib

Tramp İraqı sanksiyalarla hədələyib

Tarix: 8 Yanvar 2020 08:30

İraq rəhbərliyi ABŞ tərəfinə hörmətsizlik edərsə, İraqa qarşı sanksiyalar tətbiq edilə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşü zamanı deyib.

D.Tramp bildirib: "Mən sanksiyalar barədə danışmışam, lakin bu barədə bizə hörmətsizlik ediləcəyi təqdirdə danışdım. Bizə hörmətlə yanaşmalıdırlar".

Onun sözlərinə görə, ABŞ hakimiyyəti uyğun zamanda qoşunlarını İraqdan çıxarmaq istəyir, lakin hesab edilir ki, indi bunun üçün uyğun vaxt deyil: "Uyğun zamanda biz getmək istəyirik, lakin indi o zaman deyil".

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Tramp İraqı sanksiyalarla hədələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ