Tarix: 8 Yanvar 2020 11:56
Azərbaycan millisinin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, milli komanda Latviya ilə qarşılaşacaq. Əlavə edib ki, Uelslə oyun da planlaşdırılır: “Yığmamız martın sonunda əvvəlcə Malta, daha sonra isə Latviya ilə qarşılaşacaq. May ayında isə Türkiyə millisi ilə oyun olacaq. Uels millisi ilə yoxlama matçı da planlaşdırılır".