Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın “ən güclü” pasportları açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın “ən güclü” pasportları açıqlandı - Siyahıda Azərbaycan da var

Tarix: 8 Yanvar 2020 13:20

Yaponiya "Henley Passport Index" pasportlar reytinqində birinci yerdə qərarlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ölkənin vətəndaşları düz 191 ölkəyə vizasız səyahət edə bilərlər. Yaponiya bu reytinqdə artıq üçüncü ildir ki, liderliyini qoruyub saxlayır.

İkinci yerdə Sinqapur, üçüncü yerdə isə Almaniya ilə Cənubi Koreya yer alıb. Bu ölkələrin vətəndaşları müvafiq olaraq - 190 və 189 ölkəyə vizasız yollana bilərlər.  

İlk onluğa Finlandiya, İtaliya, Danimarka, Lüksemburq, İspaniya, ABŞ və Böyük Britaniya da daxil edilib.

Reytinqdə ümumilikdə 107 ölkə yer alıb. Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Dünyanın ən güclü pasportları açıqlandı Siyahıda Azərbaycan da var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ