Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş redaktor: Belələrində heç tula qədər də sədaqət yoxdur

Baş redaktor: Belələrində heç tula qədər də sədaqət yoxdur

Tarix: 14 May 2019 19:51

Bakı. Trend:

Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisi durmadan artır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq xarici ölkələrdə rəsmi və işgüzar səfərlərdə olur, eyni zamanda xarici ölkələrin dövlət və hökumət başçılarını respublikamızda qəbul edir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur, faydalı əməkdaşlıqlar qurulur və daha da genişləndirilir. Dövlətimizin başçısı xarici səfərlərdə keçirdiyi görüşlər zamanı Azərbaycanın haqlı mövqeyini, həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırır, xalqımızın, dövlətimizin milli maraqlarını müdafiə edir. Məhz bu, Azərbaycanı dünyada güclü, söz sahibi edən əsas amillərdən biridir.

Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi daxili və xarici düşmənlər hər fürsətdə öz çirkin niyyətlərini reallaşdırmağa çalışırlar:

“Təəssüf ki, milli mənsubiyyəti azərbaycanlı olan belələrinə də rast gəlirik. Xaricdə oturub adını azərbaycanlı qoyan, lakin bu Vətənə layiq olmayan, bu dövlətə ermənidən daha kəskin şəkildə düşmən mövqedə duran belə ünsürlər ermənilərin və ermənipərəst qüvvələrin diktəsi altında hərəkət edirlər. Məqsəd isə birdir: Azərbaycanın nüfuzunu ləkələmək, onu gözdən salmaq, bununla da öz “ağalarının” tapşırıqlarını yerinə yetirmək və qarşılığında “tula payı” almaq. Ancaq iş orasındadır ki, belələrində heç tula qədər də sədaqət yoxdur”.

V.Rəhimzadə əlavə edib ki, bu günlərdə Brüsseldə bir neçə xəyanətkarın Azərbaycan Prezidentinin dayandığı otelin qarşısında aksiya keçirmək cəhdi də ölkəmizə qarşı aparılan çirkin siyasətin növbəti təzahürüdür:

“Ermənilərin və ermənipərəst qüvvələrin əlində sadəcə alət, vasitə olan bu kimi antimilli ünsürlər pul qarşılığında Vətəni, torpağı satmağa hazır olan küçə təfəkkürlü canlılardır. Onlar normal insana məxsus şərəf, ləyaqət, heysiyyat və bu kimi digər anlayışlardan məhrumdurlar. Çünki normal düşünən heç bir insan öz xalqına, dövlətinə bu pisliyi, xəyanəti etməz. Göründüyü kimi, onlar üçün pul Vətəndən, şərəf və ləyaqətdən daha üstündür. Hesab edirəm ki, xalqımız bu cür ünsürlərin qiymətini və cavabını çoxdan verib. Belələrinə qalan isə onun-bunun qabağında quyruq bulayıb, şərəfsiz və ləyaqətsiz ömür sürmək olacaq...”

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Baş redaktor Belələrində heç tula qədər sədaqət yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ