Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə firon I Ptolemeyin dövrünə aid olan daş kitabələr tapılıb

Misirdə firon I Ptolemeyin dövrünə aid olan daş kitabələr tapılıb

Tarix: 8 Yanvar 2020 21:50

Misirli arxeoloqlar ölkənin qədim Sohaq yaşayış məskənində eramızdan əvvəl IV əsrə aid olan beş ədəd müxtəlif ölçülü daş kitabə aşkar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin qədim abidələr üzrə Ali Şurasının rəhbəri Mustafa Vəziri tapılan daş kitabələrin yaşayış məskəninin yaxınlığında yerləşən Əl-Souq qəsəbəsindəki IV Ptolemey sərdabasında nümayiş etdiriləcəyini bildirib.

Daş kitabələrin ilk analizini aparan arxeoloqlar bildiriblər ki, bu qədim abidələr Osiris tanrısının məbədinə məxsus olub və Ptolemey sülaləsinin banisi firon I Ptolemeyin dövrünə aiddir. Kitabələrdə yazı və rəsmlər əks olunub. Onlardan birində firon I Ptolemeyin taxtda oturan Misir tanrısı Osirisə paltar təqdim etməsi səhnəsi yer alıb. Digərində isə Osirisin bacısı İsisin təsviri var. Daş kitabələrdə Neftis tanrıçası və tanrı Horusun da rəsmləri əks olunub.

Misirli arxeoloqların yeni tapıntısı onların dünyadakı həmkarlarının da böyük marağına səbəb olub.

Milli.Az


Etiketlər:  Misirdə firon Ptolemeyin dövrünə olan daş kitabələr tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ