Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 08:52
"Sony" korporasiyasının oyun bölməsinin prezidenti Cim Rayan Las-Veqasda keçirilən "CES-2020" sərgisində təqdimat zamanı "PlayStation 5" oyun konsolunun əsas texniki xüsusiyyətlərini açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni nəsil oyun konsolu 3D səs üçün çip, yüksəksürətli SSD disk, şüaların istiqamətinin göstərilməsi dəstəyi və "Ultra HD Blu-Ray" disk qurğusu ilə təchiz ediləcək.
Həmçinin şirkət gələcək oyun konsolunun rəsmi loqosunu təqdim edib. Sözügedən oyun konsolu 2020-ci ilin sonunda satışa çıxarılacaq.