Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 09:20
Bakı. Elnur Bağışov - Trend:
İranın Tehran şəhərindən Gülüstan vilayətinin Kəlalə şəhərinə gedən avtobusun Mazandaran vilayətinin Savadkuh rayonunda dərəyə aşması nəticəsində 18 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatı məlumat yayıb.
Təşkilat bildirir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.
Məlumata görə, yaralılar yaxın şəhərlərdə yerləşən xəstəxanalara yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin