Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərədə mövsümün ən yaxşı məşqçisi

İngiltərədə mövsümün ən yaxşı məşqçisi

Tarix: 15 May 2019 01:40

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az çempionatın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər və futbol ekspertləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən bu ada ötən mövsüm olduğu kimi, yenə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb. Ardıcıl 2-ci dəfə "şəhərlilər"i çempion edən ispan mütəxəssis "Liverpul"dan Yürgen Klopp, "Tottenhem"dən Maurisio Poçettino və "Vulverhempton"dan Nunu Eşpiritu Santunu geridə qoyub.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.
 


Etiketlər:  İngiltərədə mövsümün ən yaxşı məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ