Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 14:08
DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.