Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 16:36
"Səbail" klubu iki futbolçusu ilə yollarını ayırmağı qərara alıb.
Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
39 yaşlı mütəxəssis ukraynalı müdafiəçi İqor Korotetski ilə vidalaşdıqlarını, Vüqar Beybalayevə isə klub tapması üçün müraciət etdiklərini bildirib.
Hacıyev Korotetski ilə danışıqlarının yekunlaşdığını vurğulayıb: "Sadəcə, rəsmiləşməsi qalıb. Ona müəyyən məbləğdə borcumuz var. Ödədikdən sonra vidalaşacağıq. Vüqar Beybalayev isə Türkiyədəki təlim-məşq toplanışında iştirak etməyəcək. Yevgeni Koçukun bizimlə müqaviləsi mövcuddur, lakin hazırda ölkəsindədir. Onun da komandadan getmək ehtimalı var. Bu məsələ açıq olaraq qalıb".
Gənc məşqçi mövsümün ikinci yarısı üçün transfer etmək istədiklərini sözlərinə əlavə edib: "Toplanışda daha çox baxışa dəvət etdiyimiz futbolçulara diqqət ayıracağıq. Heyətə büdcəmizə uyğun oyunçular cəlb etmək istəyirik. Onların aralarında əcnəbilərdə ola bilər. Yerlilərdən Orxan Əliyev baxışda olacaq.
Qeyd edək ki, "Səbail" daha öncə Mirabdulla Abbasov ("Neftçi": İcarədən göndərilib), Ağabala Ramazanov ("Zirə") və Elvin Yunuszadə ilə yollarını ayırıb (Report).