Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşamaq üçün ən yaxşı şəhərlərin REYTİNQİ

Yaşamaq üçün ən yaxşı şəhərlərin REYTİNQİ

Tarix: 9 Yanvar 2020 19:00

Bakı. Trend:

Yaşayış üçün ən yaxşı şəhərlər reytinqində London birinci yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, reytinq “Resonance Consultancy” agentliyi tərəfindən tərtib olunub.

Reytinqdə əhalisi bir milyondan çox olan şəhərlərin iqlimi, təhlükəsizlik səviyyəsi, istirahət və asudə vaxt üçün infrastruktur, vətəndaşların gəlir səviyyəsi və şəhərin sosial şəbəkələrdə populyarlığı kimi parametrlər təhlil edilib.

Bu göstəricilərə görə London Nyu-York və Parisi qabaqlayıb. İlk beşliyi Tokio və Moskva tamamlayıb.

İlk onluqda, həmçinin Dubay, Sinqapur, Barselona, Los Anceles və Roma yer alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaşamaq üçün yaxşı şəhərlərin REYTİNQİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ