Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 07:44
Bakı. Trend:
Yaponiyanın Baş naziri Şinzo Abe 11-15 yanvar tarixlərində Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirlikləri və Omana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Tokioda təşkil edilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.
Y.Suqa deyib ki, baş nazir Abe Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yanvarın 11-dən 15-dək səfərdə olacaq:
"Bu səfər zamanı Yaxın Şərqdəki vəziyyət və bölgədəki gərginliyin azaldılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Dəniz naviqasiyasının və enerji mənbələrinin daşınmasının təhlükəsizliyini təmin etmək üçün üç ölkənin dəstəyini də gözləyirik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin