Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 11:32
İtaliya mətbuatı "Neftçi"nin baş məşqçisi Roberto Bordinin klubdakı gələcəyi haqda yazıb.
Qol.az-ın məlumatına görə, bildirilir ki, italiyalı mütəxəssisin gələcəyi sual altındadır. Onun Bakı klubunda işinə davam etməyinin və ya başqa kluba da keçməyinin mümkün olduğu qeyd olunub. Son mövsümlərdə çalışdırdığı komandalarla uğur qazanan R.Bordinin İtaliya klublarından təklif ala biləcəyi vurğulanıb.
Qeyd edək ki, R.Bordin rəhbərliyi altında "Neftçi" ölkə çempionatının ikinci pillədə tamamlayıb və Avroliqaya vəsiqə qazanıb.