Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''dən 2020-də ilk transfer

''Neftçi''dən 2020-də ilk transfer

Tarix: 10 Yanvar 2020 21:22

"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1.5 il müddətinə müqavilə imzalayıb.

Sonuncu klubu "Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olan Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olan futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

 


Etiketlər:  Neftçidən 2020 transfer


RƏYLƏR