Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 09:00
SanDisk, CES 2020 sərgisində iştirak edən şirkətlərdən biri oldu. Dünyanın ilk 8 TB daşına bilən SSD-si SanDisk tərəfindən CES 2020 sərgisində istifadəçilərə təqdim olundu. Lakin cihaz prototip olduğu üçün satışa nə vaxt çıxacağı bəlli deyil. Bu SSD saniyədə 20 Gb məlumat transferini reallaşdıra bilir. Qeyd edək ki, SanDisk keçən il də dünyanın ilk 1 TB həcmə malik MicroSD kartını təqdim etmişdi.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, SanDisk CES 2020 sərgisində həmçinin 1 TB həcmə malik Dual Drive Luxe fləş kart təqdim etdi.
Dual Drive Luxe adı verilən fləş kartın əsas özəlliyi həm USB-C, həm USB-A bağlantı girişlərini dəstəkləməsidir. Bu səbəblə həm müasir ağıllı telefonlarda, həm də komputerlərdə istifadə etmək mümkün olacaq. Görüntü olaraq isə tamamilə metal materialdan hazırlandığı üçün çox estetik görünür. Qeyd edək ki, bu fləş kart 2020-nin 1-ci rübünün sonlarında satışa çıxması gözlənilir. 8 TB-lıq SSD-nin isə nə vaxt satışa çıxacağı hələlik bəlli deyil.