Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın baş prokuroru: Təyyarəni vuranlar müəyyənləşdirilsin

İranın baş prokuroru: Təyyarəni vuranlar müəyyənləşdirilsin

Tarix: 11 Yanvar 2020 11:36

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında 8 yanvarda Ukraynaya məxsus sərnişin təyyarəsini vuranlar müəyyənləşdirilməlidir.

Trend İranın baş prokurorluğunun informasiya portalına istinadən məlumat verir ki, bu, İranın baş prokuroru Məhəmməd Cəfər Montəzerinin Tehranın hərbi prokuroruna ünvanladığı göstərişdə öz əksini tapıb.

Montəzerinin göstərişində qeyd olunur: "İranın Silahlı Qüvvələri Baş Qərargahının Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın Havadan Müdafiə Sistemi tərəfindən vurulması ilə əlaqədar bəyanatını əsas götürərək hadisənin bütün səbəbləri tam şəkildə araşdırılmalıdır. Araşdırmaların nəticəsi baş prokurora elan olunmalıdır".

İranın baş prokuroru hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranın baş prokuroru Təyyarəni vuranlar müəyyənləşdirilsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ