Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 12:22
"Yokohama" dünyanın ən yaşlı peşəkar oyunçularından olan 52 yaşlı futbolçusu Kazuyoşi Miura ilə sözləşməsini yeniləyib.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya təmsilçisi hücumçu ilə 2020-ci ilin sonunadək müqavilə imzalayıb.
Miura bununla da karyerasında 35-ci mövsümü də keçirə biləcək.
Qeyd edək ki, K.Miura bu mövsüm "Yokohama"nın heyətində 5 oyuna çıxsa da, qol vura və ya qol ötürməsi edə bilməyib.