Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbriz klubundan “Neftçi”nin transferinə – Rəsmi münasibət

Təbriz klubundan “Neftçi”nin transferinə  – Rəsmi münasibət

Tarix: 11 Yanvar 2020 12:42

Təbrizin “Maşin Sazi” klubunun direktoru Həsən Nəsirzadə kapitanları Saman Nəriman Cahanın “Neftçi”yə keçidini şərh edib.

Qol.az İranın “Tasnim” saytına istinadən xəbər verir ki, o deyib:

“Bizim məqsədimiz klubumuzun maraqlarını qorumaqdır. Saman Nərimanın özünün legioner olmaq istəyini və belə bir şansın bir də nə vaxt yaranacağının bilinmədiyini nəzərə alaraq, bu transferə razılıq verdik. Biz onun komandamızdakı çıxışını yüksək qiymətləndirir və yeni uğurlar arzulayırıq”.

Xatıradaq ki, dünən “Neftçi” 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1.5 il müddətinə müqavilə imzaladığını açıqlayıb.

Sonuncu klubu "Maşin Sazi”nin (2016-2017, 2019) kapitanı olan Saman İranın "Naft Tehran” (2012-2013), "Gostareş Fulad ” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olan futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

 


Etiketlər:  Təbriz klubundan Neftçinin transferinə Rəsmi münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ