Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lenovo əfsanəvi Motorola Razr-ı ikinci rübdə geri qaytaracaq

Lenovo əfsanəvi Motorola Razr-ı ikinci rübdə geri qaytaracaq

Tarix: 11 Yanvar 2020 19:20

Lenovo, əfsanəvi Motorola Razr-ı 2020-ci ilin ikinci rübündə bazara qaytaracaq. Modernləşdirmədən sonra smartfon 5G şəbəkəsini dəstəkləyə biləcək. Motorola Razr ötən ilin sonunda debüt etməli idi, lakin istehsalçı son anda debütün birinci rübə keçirilməsini elan etmişdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu gün yekunlaşacaq CES 2020 sərgisində Lenovo şirkətinin vitse-prezidenti elastik smartfonun Çində yalnız ikinci rübdə görünəcəyini bildirib.

21:9 aspekt nisbəti ilə 6,2 düymlük Flex View p-OLED ekranlı Motorola Razr 2510 mAs batareya alacaq. Xarici ekranın diaqonalı 2,7-düym təşkil edir. Smartfonun aşağı hissəsində daktiloskopik skaner yerləşir. Model Snapdragon 710 birkristallı  sistem əsasında işləyir. Komplektasiyaya 6 və 128 GB yaddaş, 5 və 16 Mp-lik kameralar, USB-C daxildir.

Milli.Az


Etiketlər:  Lenovo əfsanəvi Motorola Razr ı ikinci rübdə geri qaytaracaq


RƏYLƏR