Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ömrü on il uzatmağın üsulu

Ömrü on il uzatmağın üsulu

Tarix: 11 Yanvar 2020 21:27

Mütəmadi idman fəaliyyəti, sağlam qidalanma daxil olmaqla müsbət vərdişlər, insanın ömrünü təxminən on il uzada bilər. Bu barədə Harvard Universiteti və Amsterdam Tətbiqi Elmlər Universiteti məlumat verib.

Alimlər bu nəticəyə, 20 il ərzində 50 yaşdan yuxarı 100 mindən çox insanı izlədikdən sonra gəliblər. Beş risk qrupu müəyyən edilib: siqaret çəkmə, alkoqol, qeyri-sağlam qidalanma, az fiziki fəaliyyət və artıq çəki; bundan sonra tədqiqat iştirakçılarını qruplara bölüblər. Sağlam həyat tərzi sürən və tədqiqat zamanı xərçəng kimi gözlənilməz xəstəliklərə yoluxmayanlar kifayət qədər uzun ömürlü olmuşdur. Sağlam həyat tərzi sürən qadınlar orta hesabla ömü, 73,7 il yaşayan qadınlara nisbətdə 84,4 il olmuşdur. Kişilərdə bu göstəricilər 73,5 il ilə müqayisədə 81,1 il olmuşdur.

Cons Hopkins Universitetinin nevrologiya mütəxəssisi Mark Mattson ara-sıra ac qalmağı, sağlamlığı yaxşılaşdırmağın və ömrünü uzatmağın ən təsirli yollarından biri olduğunu demişdir. Alim vaxtaşırı ac qalmanın insan orqanizminə və heyvanlara təsirinə dair elmi nəşrlərdə sistematik bir araşdırma aparıb. Artıq çəkliyə malik olan yüzlərlə qadın arasında araşdırma aparılaraq faydalı nəticələr əldə edilmişdir. Digər bir elmi iş, ac qalmağın zehni qabiliyyətlərə faydalı təsirlərini sübut etmişdir.


Etiketlər:  Ömrü uzatmağın üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ