Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 17:54
Son zamanlar havaların fəslə uyğun keçməməsi bir sıra xəstəliklərin, xüsusilə qripin yayılmasına səbəb olub. Mütəxəssislərin adıçəkilən xəstəlik və bu zaman özünü daha çox biruzə verən öskürəkdən xilas olmağın yollarını sadalayırlar.
Sonxeber.net axşam.az-a istinadən həmin məsləhətlərdən bir neçəsini təqdim edir:
1. Qurtum-qurtum su için - su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.
2. Cökə və ya itburnu çayı - öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.
2. Sarıkök və zəncəfil - sarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.
3. İsti duş qəbul edin - xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.
4. Evin havasına diqqət edin - qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.
5. Süd məhsullarından az istifadə edin - hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən süd məhsullarını azaltmaqda fayda var.