Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən Əsədə: ''Trampı Dəməşqə qonaq çağır''

Putindən Əsədə: ''Trampı Dəməşqə qonaq çağır''

Tarix: 12 Yanvar 2020 18:54

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədə ABŞ-ın Prezidenti Donald Trampı qonaq çağırmağı təklif edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikirlər "Rusiya-1" kanalında yayımlanan "Moskva.Kreml.Putin" verilişində səsləndirilib.

Putinin Suriyaya səfəri zamanı apostol Pavelin Dəməşqə aparan yolu barədə zarafat edən Əsəd, "Əgər Tramp da bu yolla getsəydi, onda hər şey normal olardı", - deyib.

Putin isə ona cavabında Trampı Dəməşqə dəvət etməyi təklif edib:

"Dəvət edin, o gələcək!. Mən ona çatdıraram".


Etiketlər:  Putindən Əsədə Trampı Dəməşqə qonaq çağır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ