Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 09:12
Bakı. Trend:
Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində 18 nəfər həlak olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə polisinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Məlumatda bildirilir: "Polis Uat-Aylenddə vulkan püskürməsi nəticəsində aldığı xəsarətlərdən daha bir nəfərin xəstəxanada öldüyünü təsdiq edə bilər. Bu şəxsin ölümü həlak olanların rəsmi sayını 18 nəfərə çatdırıb".
Qeyd edək ki, Uayt-Aylend adasında vulkan püskürməsi dekabrın 9-u baş verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin