Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda şoran torpaqların istifadəsi metodları hazırlandı

Azərbaycanda şoran torpaqların istifadəsi metodları hazırlandı

Tarix: 13 Yanvar 2020 09:30

Bakı. İlhamə İsabalayeva – Trend:

"Azərbaycanın mərkəzi hissəsində suvarılan şorlaşmış boz-çəmən torpaqların istifadəsi metodları" işlənib hazırlanıb, artıq layihəyə patent də verilib.

Bunu Trend-ə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, kompleks tədqiqatlar əsasında Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz-çəmən torpaqların su-fiziki xassələri, kollektor-drenaj sistemlərin müasir vəziyyəti, qrunt sularının minerallığı və torpaqda duzların miqdarının dəyişməsinin dinamikası, su-duz rejimi və balansı, onların uzun müddətli proqnozu öyrənilib.

Tədqiqatların nəticələri şorlaşmış boz-çəmən torpaqlarının münbitliyinin yüksəldilməsi və aqrosenozların məhsuldarlığının artırılmasına yönəldilib.

Ə.Quliyev qeyd edib ki, təqqiqatın nəticələri hazırda Rusiya Ümumittifaq Meliorasiya və Hidrotexnika İnstitutunun Meşerski filialında 3 Saylı elmi tədqiqat proqramında istifadə edilir.

Azərbaycanda isə tədqiqatın nəticələri Muğan düzünün Sabirabad rayonu, Minbaşı kəndinin fermer təsərrufatındakı suvarılan boz-çəmən torpaqlarında tətbiq edilib. Burada pambıq, taxıl və yonca bitkilərinin əkini üçün istifadə olunan ərazilərdə bitkilərin məhsuldarlığının 20-25% artırılmasına nail olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda şoran torpaqların istifadəsi metodları hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ