Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 10:33
“Apple” korporasiyası “iCloud” xidmətindəki şəkilləri skan edir. Bu haqda “Apple”ın məxfilik məsələləri üzrə böyük direktoru Ceyn Xorvat Las-Veqasda keçirilən “CES-2020” sərgisində deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, top-menecer dəqiqləşdirib ki, bu, "uşaqlar üzərində cinsi zorakılıq haqqında materiallar"ın aşkar edilməsi üçün lazımdır. Onun sözlərinə görə, şirkət elektron poçt xidmətində spam-filtrlərə oxşar texnologiyalardan istifadə edir.
Emil Hüseynov