Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 14:00
Bakı. Trend:
Cəlilabad rayon sakinlərində ov tüfəngi aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maşlıq kənd sakinləri F.Zeynalovdan, Z.Sadıqovdan və Q.Hüseynovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş 3 ədəd “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin