Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran parlamentinin 90 deputatının növbəti seçkilərdə namizədliyi təsdiqlənməyib

İran parlamentinin 90 deputatının növbəti seçkilərdə namizədliyi təsdiqlənməyib

Tarix: 13 Yanvar 2020 15:48

Bakı. Elnur Bağışov - Trend:

İranın hazırkı parlamentinin 90 deputatının növbəti seçkilərdə iştirak üçün namizədliyi təsdiqlənməyib.

Trend-in məlumatına görə, bunu İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxodayi deyib. A.Kədxodayinin sözlərinə görə, hazırkı parlamentin 249 deputatı növbəti seçkilər üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, İranda İslam İnqilabından sonra 11-ci çağırış parlament seçkiləri fevralın 21-də keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran parlamentinin deputatının növbəti seçkilərdə namizədliyi təsdiqlənməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ