Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirliyin bərpa mərkəzlərində 10 457 nəfərə reabilitasiya xidmətləri göstərilib

Nazirliyin bərpa mərkəzlərində 10 457 nəfərə reabilitasiya xidmətləri göstərilib

Tarix: 13 Yanvar 2020 17:04

Bakı. Trend:

2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 8101-i stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Qeyd edək ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində ötən il mühüm işlər aparılıb. 2019-cu ilin noyabr ayında nazirliyin Yevlax və Naftalan şəhərlərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, dekabr ayında isə Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda Nazirliyin Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatında, eləcə də, Sumqayıt, Şəki, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərindəki Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirliyin bərpa mərkəzlərində nəfərə reabilitasiya xidmətləri göstərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ